Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilməsi üçün istintaqın məhkəməyə verdiyi təqdimata baxılıb.
Demokrat.az-ın verdiyi xəbərə görə, Səbail rayon məhkəməsinin qərarı ilə rayon icra başçısı İsmayıl Vəliyev və şöbə müdiri Anar Cəfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Məhərrəm oğlu Vəliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. (Qafqazinfo)