"O, Əli Həsənovu ki, FETÖ-nun ölkədə nəyi vardısa, hamısını yağmaladı" — Etibar Əliyev MSK-ya şikayət etdi

HADİSƏ 29 yan 2020, 18:14

31 saylı Suraxanı ikinci Seçki Dairəsindən müstəqil namizəd, tanınmış təhsil eksperti Etibar Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahova müraciət edib.


Namizədin seçki qərargahından “AzPolitika.info”-ya verilən məlumata görə, E.Əliyev bildirib ki, rəqibi Fərəc Quliyev onun şəxsiyyətini təhqir etdirir və böhtan atır. 


Təhsil eksperti buna sübut kimi, F.Quliyevə məxsus davam.az saytında 28.10.2020-ci il tarixində dərc olunan yazını göstərib. 


Həmin məqalədən sitat: “Etibar Əliyev heç olmazsa seçki dönəmində ayıq başla səviyyəli davranmağa üstünlük vermir. Orta məktəbdə müəllim işindən içki düşkünü olduğu üçün qovulmuş bu adam başını başlara qoşmağa çalışır...”.

 

Картинки по запросу Fərəc Quliyev


Etibar Əliyev qeyd edir ki, o ümumiyyətlə orta məktəbdə müəllim işləməyib: 


“Mən fəlsəfə doktoru kimi Aviasiya Akademiyasının müəllimi olmuşam və bu təhsil müəssisəsindən öz ərizəmlə işdən çıxmışam”.


Namizəd davam.az saytında ona atılan növbəti böhtandan sitat gətirir: 


“Sədr müavini olduğu partiyanın Fətulla Gülən himayəsində olduğunu bütün ölkə bildiyi halda adamın F. Quliyevi kiminsə himayəsində təqdim etmək cəhdi isə yalnız ironiya doğura bilər. Etibara cavab verməmək də olardı - əmin olsaydıq ki, onu danışdıran buradakı böyükləri və ya kənardakı imamları deyil”.

 


Ekspert bu ittihamla bağlı onu qeyd edib ki, o heç bir partiyanın üzvü deyil və təhsil eksperti kimi FETÖ məktəblərinin Azərbaycanda olmasının əleyhinə çıxıb: 


“Digər mühüm bur məqamı diqqətinizə çatdırım: Bütün bunları Fərəc Quliyevin Fövqəladə Hallar Nazirliyində işləyən Mətin Quliyev adlı oğlu təşkil edir. Mətin Quliyev “qara piar” məqsədi ilə şəxsiyyətimi təhqir edən kollaj düzəldib və “Facebook” səhifəsində yerləşdirib. Dövlət məmurunun seçkiyə müdaxiləsi qanunla qadağan olunur. Qeyd edilənləri nəzərə alıb, Fərəc Quliyev barədə ölçü götürməyi Sizdən xahiş edirəm”, - deyə namizəd seçki qurumunun rəhbərinə müraciətini yekunlaşdırıb.


Bununla yanaşı Etibar Əliyev “Facebook” səhifəsində Fərəc Quliyevin “FETÖ” ittihamlarına cavab verib. 


"Heç xəbərim yoxdur. Sən demə mən hansısa partiyanın sədr müaviniyəm. Adam böhtan atdığı partiyanın sədrinin adını çəkə bilmir. Kərbəlayı İsmayıl demişkən: "Ondan nəinki qorxur, üyüdür". Mən böhtançı Fərəcin nəzərdə tutduğu partiyadan 10 ildir ki, ayrılmışam və həmin partiyanın Gülənlə heç bir əlaqəsi olmayıb.


İkincisi, adam nə qədər nankor və huşsuz olar ki, ona türmədən çıxandan sonra himayəçilik edəni, onu insanlar sırasına daxil edəni unutsun. Əli Həsənovu deyirəm. O, Əli Həsənovu ki, FETÖ-nun ölkədə nəyi vardısa, hamısını yağmaladı. Bəlkə, bunu bizə unutdurmaq istəyirsən! Bütün bunların əvəzinə seçicilərin yanına get və söyüşlərin qeydiyyatını apar... Bir 48 vərəqlik dəftər bəs etməz”, - deyə E. Əliyev vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top