Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar var — FOTOLAR

HADİSƏ 20 yan 2020, 09:11

Bakı-Quba yolunda xəsarətlə nəticələnən zəncirvari yol qəzası baş verib. 


“Report”un Sumqayıt-Abşeron bürosunun məlunatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. 


Xəstə çağırışına gedən Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili minik avtomobili ilə toqquşub. Yaralıları daşımağa gələn digər təcili tibbi yardım avtomobilinin əyləc sistemi nasaz olduğundan o da qəza törədən avtomobillərə çırpılıb. Hadisə yerinə çağırılan növbəti Təcili Tibbi Yardım avtomobili isə qarşıdan gələn “Mercedes” markalı minik maşını ilə toqquşub. Ümumilikdə beş avtomobilin toqquşduğu qəza bir neçə nəfərin xəsarət aldığı bildirilir. 

 

İlkin məlumata görə, xəsarət alanlardan üçü Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının işçiləridir. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. 


Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top