Sahibkar jurnalistin mühakimə edilməsini tələb edir

HADİSƏ 06 yan 2020, 19:00

Criminal.az saytının redaktoru Anar Məmmədov "Lombard N:1" firmasının sahibi Məlahət Qurbanovanın iddiası əsasında təqsirləndirilən şəxs qismində cəlb edilib. İşə yanvarın 7-də Ağdam rayon məhkəməsində hakim Mahir Niftiyevin sədrliyi ilə baxılacaq.


Jurnalistin verdiyi məlumata görə, Qurbanova onu böhtan atmaqda ittiham edir, CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə mühakimə olunmasını tələb edir.


Bundan əvvəl Yasamal rayon məhkəməsi iki dəfə bu iddianı qəbul etməkdən imtina edib.


İki məqalə iddia predmetidir:


• Keçmiş nazir "Lombard Məlahət"i məhkəməyə verdi - "Torpaqlarımı boşalt..."


• "Lombard Məlahət"lə sabiq nazirin davası: "Rolls-Royce" mərkəzinin zirzəmisini bölə bilmirlər.


Məqalələrdə söhbət Qurbanova və keçmiş əmək naziri Fizuli Ələkbərov arasında qeyri-yaşayış sahəsi ilə bağlı çəkişmədən söhbət gedir.


Qurbanova iddiada lombard fəaliyyəti ilə məşğul olmadığını qeyd edir və jurnalisti sabiq nazirin maraqlarını müdafiə etməkdə ittiham edir.


Müdafiə tərəfi iddianı əsassız hesab edir, belə ki, materiallarda diffamasiya əlaməti yoxdur. Sərlövhədə sahibkarın fəaliyyət sahəsi göstərilib və bu, onun müəssisəsinin adında qeyd edilib. Nəhayət, jurnalistin diffamasiya üzrə məsuliyyətə cəlb edilməsi Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa Məhkəməsinin qərarlarına ziddir.


Media sahəsində ekspert Ələsgər Məmmədli də hesab edir ki, məhkəmələr diffamasiya haqqında iddianı icraata qəbul etməməlidirlər və onar Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusu olaraq təkzib ediləcək.


Qeyd edək ki, məhkəmə Məmmədovu təqsirli bilsə, onu hazırda şərti olaraq çəkdiyi 5,5 illik həbs cəzasına əlavə olaraq iki ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


Məmmədov öz nəşrlərinə görə dəfələrlə polis və prokurorluq tərəfindən təqibə məruz qalıb. Sonuncu dəfə 2019-cu il dekabrın 30-da Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində o, jurnalist Xədicə İsmayılova vasitəsilə qrant almaqda ittiham olunub. O, bu iddiaları təkzib edib və İsmayılovanı nüfuzdan salmasına nail olmaq cəhdlərini ictimaiyyətə yayıb.


Qeyd edək ki, hazırda Məmmədov dövlət əleyhinə çağırışlar, səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamı ilə iki il sınaq müddəti olmaqla, 5,5 il şərti azadlıqdan məhrumetmə cəzası çəkir. Bu cəzaya criminal.az saytında Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd haqqında nəşrlər səbəb olub.


Bir sıra beynəlxalq jurnalist təşkilatları, habelə ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Arlem Dezir Məmmədov barəsindəki hökmü pisləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top