Xaçmazda zəncirvarı yol qəzasında 2 nəfər xəsarət aldıb — FOTO

HADİSƏ 29 dek 2019, 20:52

Xaçmazda zəncirvarı yol qəzası baş verib.

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Gəndob-Yalama yolunun 16-cı kilometrliyinin rayonun Qaradağ-buduq kəndindən keçən hissəsində qeydə alınıb.

 

Yol qəzası zamanı “Lexus”, “Mersedes” markalı minik avtomobilləri ilə “Hundai” markalı mikroavtobus toqquşub.

 

Qəza nəticəsində “Mersedes”in sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar.

 

Yaralılar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top