Köçəri Nağıbəyli Eldar Namazovun yerinə seçildi

HADİSƏ 22 noy 2019, 15:15

Departasiya Qurbanları Mərkəzinin İdarə Heyətinin iclası keçirilib. 


Demokrat.az xəbər verir ki, iclasda təşkilati və cari məsələlər müzakirəyə çıxarılıb. 


Müzakirələr zamanı istiqlalçı deputat, sabiq təhsil naziri Firudin Cəlilovun təklifi ilə Köçəri Nağıbəylinin təşkilatın sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb. 


Xalq şairi Vahid Əziz, professor Eldar Abbasov, professor Paşa Qəlbinur, ordu generalı Əli Ömərov, tanınmış ictimai-siyasi xadim Eldar Namazov və digər ziyalılar bu təklifi dəstəkləyib. 


İdarəyə Heyəti həmçinin buna qədər təşkilata sədrlik edən Eldar Namazova fəaliyyətinə görə təşəkkür edib. 


İclasda həmçinin deportasiyanın 30 illiyinin qeyd edilməsi haqda qərar çıxarılıb. Bu məqsədlə tədbirlərin keçirilməsi, bu tarixi hadisənin gündəmdə saxlanılması razılaşdırılıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top