Qarabağda erməni əsgəri minaya düşdü

HADİSƏ 18 noy 2019, 22:54

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mina partlaması nəticəsində bir erməni hərbçisi yaralanıb.

 

Virtualaz.org-un məlumatına görə, bu barədə tert.am internet portalı xəbər yayıb.


Bildirilir ki, hərbçi Ermənistanın Tavuş bölgəsinin Çoratan icmasının sakinidir.


Berd icmasının rəhbəri Harutyun Manuçaryan portala açıqlamasında deyib: “Dünən mina partlaması nəticəsində hərbçi A. Sadyan yaralanıb. O, əməliyyat edilib, həkimlər onun ayağını dizdən aşağı amputasiya etmək məcburiyyətində qalıblar”.


İcma rəhbəri əlavə edib ki, yaralı Xankəndi hospitalına aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top