Saday Şəkərli AYB-dən istefa verdi - Açıqlama...

MARAQLI 29 okt 2019, 15:59

Avropada qaçqın həyatı yaşayan şair Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyindən istefa verib. 

 

Bu haqda  S.Şəkərli məlumat verib:

 

"Saday Şəkərli adında bir adam AYB-də işləmir. Halbuki bu təşkilatın İdarə Heyətinin üzvü olub və istefa vermişdim.

 

Anar mənim başımın üstündən mənzil payımı öz katibəsinə və digərlərinə verəndə etirazlarıma reaksiya verən bir Hakimiyyət nümayəndəsi oldumu?
AYB sədri Anar məşhur kafe qalmaqalında TV müsahibələrində o kafedən alınan icarə haqqını imkansız yazıçılar arasında bölüşdürürük deyirdi. Bir soruşan olmadı ki, özü türmədə, oğlu məktəbli, arvadı işsiz olan S.Şəkərliyə o pullardan bir manat ayrıldımı?


Tərəfinizdən ayrılmış səkkiz yüz min manatı goreşənlər öz aralarında bölüşdürdülər, niyə bir xəbər alanınız tapılmadı ki, bu vəsaitdən türmədən sonra xəstəlikdən əzab çəkən üzvünüzə niyə yardım etmədiniz?


Hazırda yazıçılar üçün tikiləcək binada mənzil növbəsində olanlar arasında S.Şəkərlinin adının olub-olmamasıyla maraqlananınız yoxdumu?
AYB fəalları xalq düşməni kimi adımı internet səhifələrindən süpürüblər.

 

Daha bu təşkilatda özümü görmədiyimdən istefa verməyi qərara aldım. İnanıram ki, bu hərəkətimə isə mütləq reaksiya verənlər tapılacaq". (Moderator.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top