Fransa məhkəməsi ermənilərin Şuşa ilə bağlı "dostluq" müqaviləsini ləğv etdi — Azərbaycanın növbəti DİPLOMATİK QƏLƏBƏSİ

HADİSƏ 18 okt 2019, 14:57

Cümə günü Lion İnzibati Məhkəməsi Villerban şəhəri ilə Azərbaycanın separatçı anklavı - Dağlıq Qarabağın Şuşa şəhər bələdiyyəsi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni ləğv edib. 


Demokrat.az xəbər verir ki, bu barədə oktyabrın 18-də "Frans Press" agentliyi bildirib.


Hakimlər hesab ediblər ki, bu müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanuna ziddir, - məhkəmənin bəyanatında deyilir.


2015-ci ildə imzalanmış bu sənəd Dağlıq Qarabağ erməniləri, Fransanın müxtəlif bələdiyyələri və departamentləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 10-dan çox sazişdən biridir.

 

Related image


Xatırladaq ki, son aylar Fransa məhkəmələri həmin müqavilələrdən əksəriyyətini ləğv edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top