Ayı deputatı parçaladı

HADİSƏ 05 okt 2019, 18:05

Rusiyanın Yakutiya əyalət məclisinin keçmiş deputatı Aleksandr Krılov Oymyakon rayonunda ayı hücumu nəticəsində ölüb.


Demokrat.az xəbər verir ki, bununla bağlı “RİA Novosti” əyalətin bələdiyyə sədr İqor Vodovozova istinadən məlumat yayıb.


Onun sözlərinə görə, Krılov yoldaşları ilə birlikdə ova gedən zaman ayı ona hücum edib. 


Əvvəlcə deputat ayıya atəş açıb. Yerə yıxılan heyvana yaxınlaşan zaman isə yaxınlıqda olan digər ayı ona hücum çəkib.


Onun cəsədi Tomtora çatdırılıb.(Bizimyol.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top