Mingəçevir SES-də PARTLAYIŞ - YENİLƏNİB

Hazırda Mingəçevir İES-də vəziyyət nəzarət altındadır.

 

FHN-dən APA-ya verilən məlumata görə yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur”,  deyə FHN rəsmisi bildirib.

 

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Məlumata görə ölkənin şimal rayonlarının bəzilərinə elektrik enerjisinin verilişi bərpa edilib. Bir neçə saat ərzində bütün ölkə ərazisində elektrik enerjisinin verilişi bərpa edilib.

 

***

 

01:44

 

Mingəçevirdə İES-də yanğın söndürülüb.

 

APA-nın məlumatına görə, partlayış 6-cı blokda baş verib. Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş verib. Yanğın söndürülüb.

 

Hadisənin ilkin səbəbi kimi həddindən artıq yüklənmə göstərilir.

 

Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və artıq 6-cı blokda və  yarımstansiyada baş verən yanğın söndürülüb.

 

 

***

Mingəçevir Su Elektrik Stansiyasında (SES) partlayış baş verib.


Demokrat.Az xəbər verir ki, partlayış nəticəsində ölkədə elektrik enerjisi kəsilib.


Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.


Demokrat.Az

3 İyul 2018, 01:04   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß