Daşkəsəndə VƏHŞİLİK — Atı öldürüb dirəkdən asdılar (FOTOLAR)

HADİSƏ 29 avq 2019, 13:38

Daşkəsən rayonunun Xoşbulaq kəndində ana at və balasını öldürüb və yaşayış evlərindən 150 metr aralıda dirəkdən asıblar.


Demokrat.az-ın məlumatına görə, sakinlər deyir ki, həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. 


Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır:


"Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top