“Binə” ticarət mərkəzində yanğın — YENİLƏNİB (FOTOLAR)

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə” ticarət mərkəzində mağazaların birində yanğın olub.


Demokrat.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 


08:56


"Binə” ticarət mərkəzində yanğın qeydə alınıb.


Demokrat.az Oxu.Az-a istinadla xəbər verir ki, səhər saatlarında ayaqqabı mağazasında yanğın başlayıb.


Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.


Şahidlərin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri yanğının qarşısını almağa çalışır.

13 Avqust 2019, 10:20   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß