İki kişiylə sevişmək istəmədi, filmdən qovuldu — Azərbaycanlı aktrisaya ŞOK (FOTOLAR)

MARAQLI 09 avq 2019, 09:12

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa filmin çəkiliş meydançasından qovulubmuş.


Demokrat.az xəbər verir ki, Türkiyə mətbuatında “Bir zamanlar film meydançasından qovulan aktrisalar” adlı məqalə dərc olunub. 


Maraqlısı isə bu siyahıda həmyerlimiz aktrisa Nuranə Bağırovanın da adının olmasıdır.


Aktrisa illər öncə rol aldığı "Göç Zamanı” serialında iki kişi ilə birlikdə sevişmə səhnəsində çəkilmək istəmədiyi üçün işindən qovulub.


Ssenariyə görə, Bağırova özündən yaşca çox böyük iki aktyorla yatağa girməli imiş. Lakin aktrisa bu səhnədə çəkilməyəcəyini söyləyib. 


Sonradan ssenariyə dəyişiklik edilərək Nuranənin oynadığı qəhrəmanının filmdə ölüm səhnəsi yazılıb.


Beləliklə, aktrisa ekran işindən uzaqlaşdırılıb.(olke.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top