Sabiq icra başçısı qəzaya düşdü

HADİSƏ 04 iyn 2019, 23:44

Şamaxının keçmiş icra başçısı qəzaya düşüb.


Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə Şamaxı-Pirqulu yolunda qeydə alınıb.


Sürücü idarəetməni itirib və yoldan çıxan avtomobil dərəyə yuvarlanıb.


Qəza zamanı avtomobilin sürücüsü Akif Əliyev xəsarət alıb. Yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, A.Əliyev 2000-2004-cü illərdə Şamaxı rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top