Putin və Tramp G20 sammitində bir-birilə görüşməyəcək

DÜNYA 09 may 2019, 16:32

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşü gözlənilmir.

 

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib. 

 

"Bu günədək görüş planlaşdırılmayıb və bu barədə heç bir müzakirə aparılmır", -deyə Peskov bildirib.

 

Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində Böyük 20-liyə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top