Sahibsiz itlər Bakının mərkəzi küçəsini “işğal” etdi — VİDEO

HADİSƏ 26 apr 2019, 23:58

Bakının mərkəzi küçəsi itlərin “oylağ”ına çevrilib.


Demokrat.az xəbər verir ki, Bakı Beynəlxalq əhəmiyyətli yarışa ev sahibliyi etsə də şəhərin sakinləri, eləcə də turistlər təhlükə içərisindədir. Belə ki, Bakının mərkəzi sayılan Nizami küçəsində sahibsiz itlərin sayı günü-gündən artmaqdadır. 

 

Bugünlərdə isə mərkəzi küçədə itlərin sayı həm sakinlərin, həm turistlərin, həm də əməkdaşımızın gözündən yayınmayıb.


Xatırladaq ki, bir neçə gün öncə Ağstafa şəhərində it tutması nəticəsində Həsənli Cavid Qəhrəman oğlu dünyasını dəyişib, daha bir azyaşlı isə itlərin hücumuna məruz qalıb. İtlər onun sifətini parçalayıblar.


Əməkdaşımızın qeydə aldığı görüntüləri oxucularımıza təqdim edirik (Bizimyol.info):

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top