Qaxda 12 yaşlı oğlanı ilan sancdı — FOTOLAR

HADİSƏ 14 apr 2019, 20:59

Bu gün Qax rayonunun 12 yaşlı sakinini zəhərli ilan sancıb.


Demokrat.az-ın məlumatına görə, hadisə rayonun Qapçay kəndi ərazisində baş verib. 


Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb. Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb.


Xəlil Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır. Vəziyyətinin orta ağır olduğu bildirilir.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top