Rayonlara dolu düşəcək

HADİSƏ 14 apr 2019, 16:19

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, yağmursuz hava şəraiti gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Demokrat.az-a daxil olan xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 9-12° isti, gündüz 16-21° isti, Bakıda gecə 10-12° isti, gündüz  18-20°  isti təşkil edəcək.


Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 50-60 % olacaq.  


Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gecə və axşam bəzi  şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə  duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti,  gündüz 13-18° isti təşkil edəcək.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top