Zakir Fərəcov yüksək vəzifəyə təyin olunacaq — Prezident Administrasiyasında

HADİSƏ 14 apr 2019, 14:23

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yaxın müddətdə daha yüksək vəzifəyə təyin oluna bilər.


Demokrat.az xəbər verir ki, bu haqda Reyting.az-a məlumat yayıb.


Xəbərə görə, Z. Fərəcovun icra başçısı vəzifəsindən azad olunacağı və Prezident Administrasiyasında vəzifə veriləcəyi gözlənilir. 


Onu hakimiyyətin yüksək vəzifəli məmurlarının bəziləri ilə qohum olduğunu diqqətə çatdıran sayt, Sumqayıtın icra başçısına daha böyük etimad göstəriləcəyinin səbəbini də bununla izah edir.


Qeyd edək ki, Z. Fərəcov 2015-ci il sentyabrın 2-dən Sumqayıt şəhərinin icra başçısı vəzifəsini daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top