Ermənistanda 18 hərbçi yol qəzasına düşdü

HADİSƏ 12 apr 2019, 08:59

Ermənistanın cənubunda "ZİL" hərbi avtomobilinin qəzaya uğraması nəticəsində 20-ə yaxın hərbi qulluqçu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 
Demokrat.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd edilir ki, hadisə dünən Yerevandan 370 kilometr cənubda, Sünik vilayətində, Meqi-Çirani avtomobil yolunda baş verib.


"Hərbi hissələrdən birinə məxsus "ZİL-131" avtomobili yoldan çıxaraq qaya ilə toqquşub və aşıb. Xilasedicilərin gəlişinə qədər 18 hərbi qulluqçu "Meqri" tibb mərkəzinə yerləşdirilib", - deyə nazirliyin saytında yerləşdirilmiş xəbərdə bildirilir.


Mətbuat xidmətinin məlumatına görə, zərərçəkənlərin həyatı üçün heç bir təhlükə yoxdur. Həkimlər hərbçilərdən birinin vəziyyətini orta ağır kimi qiymətləndirir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top