Azərbaycanda daha bir tərəvəzin qiyməti kəskin şəkildə bahalaşıb.
Demokrat.az xəbər verir ki, martın əvvəllərində Bakıdakı ayrı-ayrı satış yerlərində 1 kiloqramı 50-70 qəpiyə satılan kələmin qiyməti hazırda 3 dəfə baha satılır.
Hazırda Bakıda 1 kiloqram kələmin qiyməti 1,8 manat təşkil edir.
Mütəxəssislər kələmin qiymətinin birdən-birə bu qədər bahalaşmasını qonşu ölkələrə ixracla əlaqələndirirlər.
Zaur Hacılı
Demokrat.az