İlham Əliyevin Paşinyanla görüşü başa çatdı — YENİLƏNİB-2

SİYASƏT 29 mar 2019, 19:01

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb.

 

 

Demokrat.Az xəbər verir ki,  bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir. 

 

***

 

Hazırda Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan təkbətək formada ilk rəsmi görüşlərini keçirirlər.

 

Demokrat.Az xəbər verir ki, təkbətək görüşdən əvvəl liderlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, Minsk qrupunun həmsədrləri, o cümlədən, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də iştirakilə geniş tərkibdə görüş keçiriblər.

<iframe width="580" height="416" src="https://www.youtube.com/embed/WvQYz26iU_4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

 

Qeyd edək ki, Vyana görüşünün yekunlarına dair Minsk qrupunun həmsədrləri birgə bəyanat yayacaqlar. 

 

***

 

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

 

"Ölkə.Az" xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

 

Görüşdə hər iki ölkənin xarici işlər nazirləri də iştirak edir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top