Hər kəsin gördüyü qanunsuz ov edənləri niyə Nazirlik "görə" bilmir?! — Nəsli kəsilmək üzrə olan quşlar belə ovlanır (FOTOLAR)

SOSİAL 24 mar 2019, 12:10

Son vaxtlar Azərbaycanda qanunsuz ov halları geniş yayılıb. 


Demokrat.az olaraq dəfələrlə məsələni gündəmə gətirməklə Ekologiya və Təbii Sərvətlər Nazirliyini xəbərdar etmişik. 


Bildirmişik ki, bir çox halda ovlanması qadağan olan növləri vurduqda və tutduqda bu qanunsuz ovçular ya onun nə olduğunu bilmirlər, ya da etdikləri əməllə qürur duyaraq, onu sosial mediada paylaşırlar. 


Hər iki hal ölkəmizdə təbiətlə bağlı mariflənmənin nə qədər az olduğunu göstərir. 

Təqdim etdiyimiz bu fotolarda da ölkəmizin nadir növlərini ovlayanları görə bilərsiniz. Təəsüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ciddi tədbirlər görülmədikcə, bu kimi hallar davam edəcək. Hətta, daha da genişlənəcək...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top