Gəncə-Bakı reysinə dəyişiklik – Əlavə qatar ayrılır

SOSİAL 23 mar 2019, 11:12

"Azərbaycan Dəmir Yolları" QSC Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədilə həmin reysə dəyişiklik edib.

 

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Demokrat.Az-a verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

 

Qatar Gəncədən saat 18:00-da yola düşəcək və saat 22:15-də Bakıya çatacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top