BEYTULLA HÜSEYNOV DA AZADLIQDA — “Rabitə işi”nin daha bir fiqurantı əfv edildi

HADİSƏ 16 mar 2019, 19:43

Bu gün Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda bir sıra tanınmış şəxslərin də adı var.


Demokrat.az-ın məlumatına görə,onlardan biri də “Rabitə işi”nə görə həbsə alınmış Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş direktoru Beytulla Hüseynovdur.


Beytulla Hüseynov Eldar Mahmudovun yaxın qohumudur. Onun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyinatı da məhz Eldar Mahmudovun sabiq rabitə naziri Əli Abbasova təzyiqləri nəticəsində baş tutmuşdu. Əli Abbasov “MTN işi” üzrə istintaqda ifadə verərkən bir daha təsdiqlənmişdi ki, Beytulla Hüseynovu Eldar Mahmudovun təkidi ilə baş direktor vəzifəsinə təyin edib.


Əli Abbasovun Mahmudovun generalları – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və əməkdaşlarının işi üzrə ibtidai istintaqda dediklərindən sitat: “Ardıyca da Eldar Mahmudovun təkidi ilə Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmr verdim. Təxminən 6 ay sonra Beytulla Hüseynovun təşkilatçılığı ilə Eldar Mahmudovla ona məxsus “Kristal Plazada” yerləşən restoranda görüşüb birlikdə yemək yedik. Daha sonra Eldar Mahmudovun xahişi ilə əmisi oğlu Mahmud Mahmudovu 2008-ci ildə “Azərpoçt MMC”-nin tərkibində olan “Mərkəzi xüsusi rabitə idarəsinin” direktoru vəzifəsinə təyin etdim. Eyni zamanda beynəlxalq rabitə kanalları ilə əlaqənin bilavasitə Eldar Mahmudovun xahişi ilə onun təklif etdiyi “Catburg” şirkəti vasitəsilə həyata keçirildi”.


Beytulla Hüseynovun təyinatı Eldar Mahmudova hər kəsi, ölkənin rəhbər şəxlərini belə dinləməyə imkan verib. Ona görə də Eldar Mahmudovun  Beytulla Hüseynovu həbsinə imkan verməməyə çalışrdı. Müsavat.com-un yaydığı məlumatda bildirilirdi ki, Beytulla Hüseynovuzun illər Eldar Mahmudovun  “qulağı” olub. Onlar gizli və qanunsuz dinləmədən əldə olunan məlumatları sonradan şantaj alətinə çevirib böyük pullar qazanıblar. Odur ki, Eldar Mahmudov hər hansı yolla olursa olsun, Beytulla Hüseynovu azad etdirməyə çalışırdı…


Əvəlcə onun cəzası azaldıldı. Sonra isə adınl əfv siyasına saldıraraq azadlığa çıxasılna nail olundu.


Xatırladaq ki, Beytulla Hüseynovla bağlı birinci instansiya məhkəməsi verdiyi hökmdə onun dövlətə 21 milyon manatdan çox ziyan vurduğu əksini tapmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun vurduğu ziyanın həcmi 10 milyona qədər azaldılıdı.


Hətta Beytulla Hüseynovun məhkəmə dövründə dövlətə vurduğu 10 milyon manatlıq ziyanı tam ödədiyi açıqlandı. Bakı Apellyasiya Məhkəməsi də “bunu nəzərə alaraq” onun cəzasını 7 il 6 aya endirdi.


Apelyasiya instansiyası məhkəməsi 2017-ci ilin axırlarında qəbul etdiyi qərarla mümkün olan qədər cəzanı yüngülləşdirmiş və Beytulla Hüseynovun azadlıqdan məhrum etmə müddətini 7 il 6 aya kimi endirmişdi.


Ancaq qərardan narazı qalan Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti vermişdi.


“Rabitə işi”ndə təqsirləndirilən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov məhkəmə qərarından kassasiya şikayəti vermişdi. Üzərindən 1 il keçsə də şikayətə baxılmırdı.


Bu il yanvarın 16-da isə məhkəmədə məlum olmuşdu ki, Beytulla Hüseynov fikrini dəyişib və şikayətini geri götürüb. Bu barədə Ali Məhkəmədə sabiq vəzifəli rabitəçilərin işinə baxan hakim Əli Seyfəliyev məlumat vermişdi. Görünür bu da təsadüfü olmayıb. Ona əvvəlcədən adının əfv siyahısına salınacağı vəd edilib.  


Qeyd edək ki,  1963-cü ildə anadan olmuş Hüseynov Beytulla İbrahim oğlu, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 27 iyul tarixli hökmü ilə məhkum edilmişdir. Yəni, heç 2 il belə həbsdə qalmadı…

AzPolitika.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top