"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər" — NATO rəsmisi

SİYASƏT 11 mar 2019, 20:45

“Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər”.

 

 RİA Novosti xəbər verir ki, bu fikirləri Ermənistanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay səsləndirib:

 

“Biz münaqişələrin həllinə cəlb olunmamışıq, amma müttəfiqlərimiz və tərəfdaşlarımız regionda sülh olmasında maraqlıdır. NATO-nun rəyincə, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər, uğurlu hərbi variant yoxdur. Mən bu mövqeyi bütün tərəflərin nəzərinə çatdırıram”, - deyə o qeyd edib.

 

Onun sözlərinə görə, təmas xəttində atəşkəsin pozulması hallarının azalması və Ermənistan tərəfinin danışıqlara meyl göstərməsi ümidverici faktdır.(oxu.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top