“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu — FOTO

İKT 29 yan 2024, 17:14
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü yekunlaşdı.

Son mövsümdə “Bilik” kubokunun qalibi Göyçayın “FULL” komandası, “Nar” kubokunun qalibi isə “BirBank” komandası olmuşdu. Oyunun qaydalarına uyğun olaraq, Azərbaycan çempionu titulu uğrunda final görüşü bu komandalar arasında keçirildi və qalib “BirBank” komandası oldu. 

Xatırladaq ki, oyunda 9 region və 7 universiteti təmsil edən 19 komanda mübarizə aparırdı. 

Qeyd edək ki, “Nar” ölkə gənclərinin intellektual asudə vaxt keçirməsinə dəstək məqsədilə “Breyn Rinq” bilik yarışının əsas tərəfdaşıdır. Mobil operatorun elm və təhsil istiqamətində gerçəkləşdirdiyi digər sosial layihələri haqqında daha ətraflı buradan oxuya bilərsiniz. 

 “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 apr 2024, 15:46
Top