“Almaniya səfəri Azərbaycanın Avropadakı mövqeyini möhkəmləndirəcək” — AÇIQLAMA

GÜNDƏM 29 apr 2024, 15:37
“Məlumdur ki, Fransa Qərbdə Azərbaycana qarşı siyasət aparır, digər Avropa ölkələrini də buna təşviq edir. Bu kontekstdə Avropa İttifaqının iki əsas ölkəsindən biri olan Almaniya ilə sıx əlaqələrin qurulması və inkişafı Azərbaycanın Avropadakı mövqeyini möhkəmləndirməsi baxımından önəm kəsb edir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Asif Nərimanlı Prezident İlham Əliyevin Almaniyaya səfərinin əhəmiyyətini şərh edərkən deyib.

O qeyd edib ki, COP29-a ev sahibliyi edəcək ölkənin rəhbəri kimi ölkə başçısının Almaniyaya səfəri diqqət çəkir:

“Dünyada iqlim dəyişikliyi mövzusunda “yaşıl enerji”dən istifadə gündəmdədir. Bunun üçün investorların cəlb edilməsi vacib amillərdən biridir. Prezident İlham Əliyevin Almaniyaya səfəri xarici investorların Azərbaycanın “yaşıl enerji” sektoruna cəlb edilməsi baxımından əhəmiyyət daşıyır. COP29-dan sonra da Azərbaycan bu sektora investorlar cəlb etməyə davam etməlidir. Azad olunmuş ərazilərimiz yüksək “yaşıl enerji” potensialına malikdir”. 
  
Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top