“Meta” bu tətbiqi Türkiyədə müvəqqəti olaraq bağlayacaq

İKT 15 apr 2024, 18:59
“Meta”nın sosial media platforması “Threads” Türkiyədə müvəqqəti olaraq bağlanacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, şirkət Türkiyə Rəqabət Qurumunun müvəqqəti əmrinə əsasən aprelin 29-dan etibarən Türkiyədəki fəaliyyətini müvəqqəti dayandıracaq. 

Həmçinin, keçən ay Rəqabət Təşkilatı sözügedən tətbiqə gündə 4,8 milyon TL inzibati cərimə tətbiq etmək qərarına gəlib.

Qeyd edək ki, “Facebook”, “İnstagram”, “WhatsApp” və ya Türkiyədə xidmət göstərən digər “Meta” tətbiqləri bu qadağadan təsirlənməyəcək.

Aysu

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top