“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir

İKT 29 apr 2024, 16:51
Sərfəli qiymət biznes istiqamətinə sadiq qalan “Nar” hər kəs üçün geniş seçim yaradan 6 növ günlük və həftəlik internet paketlərini təqdim edir.

Demokrat.az xəbər verir ki, qısamüddətli internet istifadəsi üçün nəzərdə tutulan 1 günlük internet paketlərinin qiyməti 300 MB üçün 80 qəpik, 1GB üçün 1,40 manat və 1,5 GB üçün 1,90 manatdır. Üstəlik, 1 GB-lıq və 1,5 GB-lıq günlük paketlərdən istifadə edənlər eyni müddət ərzində “WhatsApp”dan pulsuz istifadə edə bilər.

“Nar” abunəçilər eyni zamanda 7 günlük internet paketlərini də seçə bilərlər. Bu paketlərin qiyməti 1 GB üçün 3 manat, 1,5 GB üçün 3,30 manat və 3 GB üçün 5 manat kimi dəyişir. Bütün 7 günlük internet paketlərində “WhatsApp” yazışmaları pulsuzdur.

İnternet paketləri haqqında daha ətraflı məlumat əldə etmək və sizə uyğun ən sərfəli internet paketini seçmək üçün nar.az/senin-ucun/internet-paketleri/ səhifəsinə keçid edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 may 2024, 20:42
Top