“Microsoft” süni intellektə bu qədər sərmayə ayıracaq

İKT 30 apr 2024, 19:45
ABŞ-nin texnologiya şirkəti “Microsoft”, İndoneziyada bulud saxlama sisteminə (Cloud) və süni intellekt infrastrukturuna 1,7 milyard dollar sərmayə qoyacaq.

Demokrat.az
xəbər verir ki, bu barədə Şirkətin internet saytından açıqlama verilib.

Açıqlamada, “Microsoft”un İcraçı Direktoru Satya Nadellanın paytaxt Cakartada İndoneziya prezidenti Coko Vidodo ilə görüşdüyü bildirilib.

Həmçinin görüşdə, texnologiya sahəsində investisiyaların müzakirə edildiyi vurğulanıb. 

Danışıqlar zamanı yeni bulud sistemi və süni intellektin inkişafına 4 il ərzində 1,7 milyard dollarlıq investisiya qoyulmasına qərar verilib. 

Qeyd edək ki, 1,7 milyard dollarlıq sərmayə “Microsoft”un İndoneziyaya ən böyük investisiyası olacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top