11 yanvar Vətən Müharibəsi şəhidi leytenant Emil Balaqardaş oğlu Əsədovun cənnətdə doğum günüdür.
Demokrat.az xəbər verir ki, bu münasibətlə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri və rayon ictimaiyyətinin nümayəndələri Çuxanlı kəndində Vətən Müharibəsi Şəhidinin ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Daha sonra Çuxanlı kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi leytenant Emil Balaqardaş oğlu Əsədovun və Vətən Müharibəsi şəhidi Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Əliş oğlu Şirinovun məzarları ziyarət olunub, məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Demokrat.az


