Hadisə

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirildi

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata aydınlıq gətirildi

Bakıda şagirdlərin müəllimi döyməsi ilə bağlı məlumata münasibət bildirilib.

17 nömrəli məktəbdən bildirilib ki, təhsil müəssisəsində müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkədə yayılan məlumatlar əsassızdır.

"Ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir. Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır" - məlumatda bildirilib.

Demokrat.az

D
demokrat.az