Hadisə

Mahir Xəttabın Ramiz Göyüşovla telefon danışığı dinlənildi — Məhkəmə

Mahir Xəttabın Ramiz Göyüşovla telefon danışığı dinlənildi — Məhkəmə

Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlər tədqiq olunub.

Mahir Ələkbərovun Ramiz Göyüşovla olan telefon danışıqları dinlənilib.

Məhkəmədə məlum olub ki, Ramiz Göyüşov iclasda iştirak etməyib. O, məhkəməyə səhhəti ilə bağlı məhkəməyə gələ bilməməsi, onun iştirakı olmadan məhkəmənin keçirilməsini istəməsi barədə ərizəsi elan olunub.

Daha sonra Mahir Ələkbərovun vəkili Araz Nurməmmədov növbəti iclasda Ramiz Göyüşovun iştirak etməsi təmin olunmasını istəyib. Qeyd edib ki, Ramiz Göyüşova veriləcək suallar var.

Bu səbəbdən növbəti məhkəmə iclası yanvarın 14-nə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az