Region

Ermənistan 70 hərbçisini Qazaxıstana göndərdi — Strateji obyektləri qoruyacaqlar

Ermənistan 70 hərbçisini Qazaxıstana göndərdi — Strateji obyektləri qoruyacaqlar

Ermənistan öz hərbçilərini KTMT-nin sülhmıramlı kontingenti tərkibində Qazaxıstana göndərib.

Bu barədə “Sputinik Armenia” məlumat yayıb.

Bu hərbçilərin sayı 70 nəfərdir. Erməni hərbçiləri Qazaxstanda strateji əhəmiyyəti obyektləri mühafizə edəcəklər.

Qeyd edək ki, 5 gündür Qazaxıstanda davam edən etiraz aksiyaları məcrasından çıxaraq kütləvi talanlarla müşaiyət olunub. Prezident Qasım Jomart Tokayev kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib.

Bu gün səhərdən KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstana yeridilib.

Demokrat.az

D
demokrat.az