Hadisə

Abşeronda iki maşın toqquşdu — Ölən var

Abşeronda iki maşın toqquşdu — Ölən var

Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.

Demokrat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Demokrat.az

D
demokrat.az