Gündəm

Tural Abbaslıya toplantı keçirməyə icazə verilmədi

Tural Abbaslıya toplantı keçirməyə icazə verilmədi

Bakının dənizkənarı restoranlarından biri Ağ Partiya sədri Tural Abbaslıya toplantı keçirməyə icazə verməyib.

Demokrat.az xəbər verir ki, restoran dekabrın 22-də, yəni bu gün keçirilməsi nəzərdə tutulan mərasimə əvvəlcə razılaşsa da, sonradan imtina edib. İmtinanın səbəbi açıqlanmayıb.

T.Abbaslının toyu dekabrın 21-də olub, ictimai-siyasi şəxslərin iştirakı nəzərdə tutulan mərasim isə dekabrın 22-nə təyin edilib.

Qeyd: Ağ Partiya sədri sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə qurub.(pravda.az)

D
demokrat.az