Xarici siyasət

BMT Azərbaycanın təşəbbüsü ilə vaksinlərlə bağlı qətnamə qəbul etdi

BMT Azərbaycanın təşəbbüsü ilə vaksinlərlə bağlı qətnamə qəbul etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Azərbaycanın təşəbbüsü və 126 ölkənin birgə sponsorluğu ilə COVID-19 əleyhinə vaksinlərə ədalətli çıxış haqqında qətnamə qəbul edib.

Bu barədə Demokrat.az Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında Daimi Nümayəndəliyinin tviter hesabına istinadən xəbər verir.

“Qoşulmama Hərəkatının Sədri Azərbaycan COVID-19-a qarşı mübarizəyə rəhbərlik etməyə davam edir”, - Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin sosial şəbəkədəki hesabında qeyd olunub.

Demokrat.az

D
demokrat.az