Region

Gürcüstanda virusla bağlı son durum

Gürcüstanda virusla bağlı son durum

Gürcüstanda son sutka ərzində daha 3 410 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Məlumata görə, virusa yoluxmuş 4 732 nəfər müalicə olunaraq sağalıb, eyni zamanda 46 pasiyent vəfat edib. Hazırkı dövrə qədər qonşu ölkədə COVID-19 infeksiyasına 865 293 nəfər yoluxub. Onların 806 596-sı sağalıb, 12 344-ü isə dünyasını dəyişib.

Demokrat.az

D
demokrat.az