Sosial

103 toyda monitorinq keçirildi

103 toyda monitorinq keçirildi

Dekabrın 2-dəBakı şəhərində və respublika ərazisində 103 toy şənliyinin monitorinqini həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi ( DİN ) məlumat yayıb.

Bildirilib ki, monitorinq DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib. Monitorinq 101 şadlıq sarayında, ikişəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Yoxlamalar zamanı toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, dördnəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 17 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Demokrat.az

D
demokrat.az