Salyan şəhər Heydər Əliyev adına Meydanda Vətən müharibəsində qazanılan tarixi “8 Noyabr- Zəfər Günü”nün birinci ildönümü münasibətilə tədbir keçirilib.
Demokrat.az xəbər verir ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd edib.
Tədbirdə məktəblilərin Vətən müharibəsinə həsr edilən əl işlərindən ibarət sərgi, səhnəciklər və ədəbi-bədii kompozisiya nümayiş olunub.
Demokrat.az


