Hadisə

Yolu keçən gənci maşın vurdu

Yolu keçən gənci maşın vurdu

Ağcabədidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən piyada, 1993-cü il təvəllüdlü Cəfərov Natiq Aydın oğlunu vurub. Yaralı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı oturaq qasıq sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.(report.az)

D
demokrat.az