Hadisə

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon Düyərli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

“Toyota Prado” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

D
demokrat.az