Region

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 217 nəfər həyatını itirib.

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 356 152 nəfərdən test götürülüb, onların 30 019-nun testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 32240 nəfəri sağalıb. Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,56%-nə bir doza, 73,80%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub

D
demokrat.az