Türkiyədə PKK terrorçularının quraşdırdığı bombanın partlaması nəticəsində iki elektrik işçisi həlak olub. Demokrat.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, qanlı hadisə Bingöl vilayətinin Genç rayonunun Yolçatı kəndində baş verib.
Bildirilir ki, terrorçular bombanı uzaqdan idarə edilən sistemlə partladıblar. Terrorçuların axtarışı davam edir.


