Sosial

Sumqayıtda sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

Sumqayıtda sərnişin avtobuslarında ödəniş kart sistemi ilə olacaq

Sumqayıtda ictimai nəqliyyat vasitələri kart sisteminə keçir.

Oxu.Azxəbər verir ki, kart sisteminə keçilməsi üçün proses pandemiyadan əvvəl başlanıb.

Artıq sentyabrın 28-dən etibarən Sumqayıtda şəhər daxilindəhərəkət edən bütün sərnişin avtobuslarında ödəniş qaydası kart sisteminə keçiriləcək.

Qeyd edək ki, buna qədər yalnız Ceyranbatan - Sumqayıt marşrut xətti üzrə hərəkət edən 9 nömrəli avtobuslardakart sistemi tətbiq edilirdi.

Kartların qiyməti 2 AZN təşkil edəcək.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz QocayevOxu.Az-a açıqlamasında bildirib ki, yeni alınan 206 sərnişin avtobusunun hər birində artıq validatorlar quraşdırılıb və sınaqdan keçirilib:

“Ayın 28-dən xəttə buraxılan yeni sərnişin avtobuslarının hər birində sərnişinlər gediş haqqlarını kart sistemi vasitəsilə edəcək”.

D
demokrat.az