Hadisə

Mahir Xəttab saxlanıldı

Mahir Xəttab saxlanıldı

"Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, o hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Demokrat.az-a faktı təsdiqləyiblər.

Qurumdan bildiriblər ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, "Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Demokrat.az

D
demokrat.az