Hadisə

Şamaxıda 5 məktəbdə çatlar əmələ gəlib — Təhsil Nazirliyi

Şamaxıda 5 məktəbdə çatlar əmələ gəlib — Təhsil Nazirliyi

Təhsil Nazirliyi ötən gecə Şamaxıda baş verən zəlzələnin məktəblərə vurduğu ziyanla bağlı məlumat yayıb.

Nazirlikdən Demokrat.Az-a bildirilib ki, zəlzələ nəticəsində İsmayıllı rayonunda 1, Şamaxı rayonunda isə 4 məktəbdə çatlar əmələ gəlib.

Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər.

D
demokrat.az