Hadisə

Yolu keçən qadını maşın vurdu

Yolu keçən qadını maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır. (report)

D
demokrat.az